RU

"Premyer Liqada bu komandadan zəifi yoxdur" - VİDEO

"Kəpəz" debütantlardan da zəifdir”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Gəncə təmsilçisinin Premyer Liqanın yeni mövsümünə uğursuz start verməsindən danışıb.

Bildirib ki, "sarı-göylər" yay transfer dönəmini bərbad keçirib, nəticədə komanda çox pis formalaşıb.

Tanınmış teleşərhçi seleksiya prosesinin bərbad aparıldığını, bunun da məsuliyyətinin idarəçilərdə və baş məşqçidə olduğunu qeyd edib.

Abbasovun fikrincə, çempionatın debütantları olan "Karvan" və "İmişli" belə, "Kəpəz"dən yaxşı mənada fərqlənir.

Adıçəkilən klub iyunda görəv başına qaytardığı Adil Şkürovla artıq vidalaşıb. Həmin vaxt 2+1 illik müqaviləyə imza atmış mütəxəssislə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.

Səbəb liqanın ilk 5 turunda məğlubiyyətlərin sıralanmasıdır.

Nizami yurdunun təmsilçisi «Sumqayıt»a 0:3, «Karvan»a 2:3, «Zirə»yə 0:5, «Araz-Naxçıvan»a 0:2 və «Qəbələ»yə 0:3 hesabıyla uduzub. Xal üzünə həsrət qalmış kollektiv turnir cədvəlinin sonuncu 12-ci pilləsinə yuvarlanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
7
sportinfo.az

1Источники