RU

27 Sentyabr Dövlətin gücü, xalqın iradəsi və qələbənin səsi



27 Sentyabr – Anım Günü artıq Azərbaycanın tarixi yaddaşının silinməz bir parçasıdır. Bu gün yalnız şəhidlərimizin ruhunu yad etmək deyil, həm də qələbəyə gedən yolun mənasını anlamaq, milli həmrəyliyin gücünü bir daha dərk etmək üçün müqəddəs bir tarixdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Həmin gün torpaqlarımıza 30 illik işğalın sonunu gətirəcək Zəfər yürüşünün başlanğıcı idi. Dövlət başçımız həmin taleyüklü günləri xatırladaraq demişdir: “27 sentyabr 2020-ci il tarixdə Azərbaycan xalqı əbədi olaraq qalacaq. Bu, bizim haqq savaşımızın başlandığı gündür. O gündən başlayaraq biz haqq uğrunda mübarizə apardıq və bu mübarizəni şərəflə, Zəfərlə başa çatdırdıq.” Bu müharibə sadəcə hərbi əməliyyat deyildi. Bu, Azərbaycan xalqının iradəsinin, əzminin və ədalətə olan inamının təntənəsi idi. Hər bir əsgər, hər bir zabit, hər bir vətəndaş o günlərdə bir amal uğrunda birləşmişdi: Qarabağın azadlığı!

Anım Günü bizə şəhidlərimizin müqəddəs xatirəsini yaşatmağı əmr edir. Onların canı bahasına əldə olunan qələbə xalqımızın şərəf salnaməsinin ən uca zirvəsinə çevrilib. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır: “Şəhidlərimizin qanı yerdə qalmadı. Biz onların qisasını döyüş meydanında aldıq. Azərbaycan xalqı şəhidlərimizin ruhu qarşısında baş əyir.” 27 Sentyabr həm də milli həmrəyliyin rəmzidir. Həmin günlərdə bütün Azərbaycan bir ürək, bir yumruq oldu. Cəbhədə döyüşən igidlərimizin arxasında milyonlarla vətəndaş dayanmışdı. Bu birlik xalq–dövlət birliyinin nə qədər sarsılmaz olduğunu göstərdi. Anım Gününün ən mühüm məqamlarından biri də odur ki, bu tarix həm yas, həm də qürur günüdür. Biz şəhidlərimizi yad edirik, amma eyni zamanda onların qoyduğu müqəddəs yolun qalibləri kimi başımız dikdir. Bu gün biz azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızla fəxr edirik. Şuşada, Cıdır düzündə, Füzulidə, Zəngilanda, Laçında – hər yerdə Azərbaycan bayrağı qürurla dalğalanır. Dünya da gördü ki, Azərbaycan xalqı haqq uğrunda mübarizədə heç vaxt geri çəkilmir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz güclü xalqıq, iradəmiz dəmir kimidir. Heç kim bizim iradəmizi qıra bilməz. Biz öz gücümüzlə tarixi ədaləti bərpa etdik.” 27 Sentyabr – Anım Günü bu mesajı daşıyır: şəhidlərimizin xatirəsi daim uca tutulacaq, onların mübarizəsi gələcək nəsillərə örnək olacaq. Hər bir azərbaycanlı bu tarixi yaddaşdan güc alır və əmin olur ki, bu dövlət, bu xalq heç vaxt haqq yolundan dönməyəcək. Bu gün biz yalnız şəhidlərimizi xatırlamırıq, həm də Zəfərimizin səsini bir daha eşidirik. O səs bizə daim deyir: Qarabağ Azərbaycandır! Bu bir həqiqətdir ki, bu, təkcə hərbi əməliyyat deyildi, bu, xalqımızın 30 illik gözləntisinin, qəlbində yığılan nisgilin, haqq və ədalətə inamının partlayış nöqtəsi idi. Cənab Prezident İlham Əliyev həmin tarixi anı belə dəyərləndirmişdi: “27 sentyabr 2020-ci il tarixdə əbədi olaraq qalacaq. Bu, bizim haqq savaşımızın başlandığı gündür. O gündən başlayaraq biz haqq uğrunda mübarizə apardıq və bu mübarizəni şərəflə, Zəfərlə başa çatdırdıq.” Bu müharibə xalqımızın bütövlükdə iradəsini, ordumuzun rəşadətini və dövlətimizin siyasi-diplomatik gücünü nümayiş etdirdi. Anım Günü, ilk növbədə, şəhidlərimizin ruhuna ehtiram günüdür. Onların canı bahasına azad olunan torpaqlarda bu gün üçrəngli bayrağımız dalğalanır. Hər şəhid Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda ucalan müqəddəs simvoldur. Dövlət başçımız dəfələrlə vurğulayıb: “Şəhidlərimizin qanı yerdə qalmadı. Biz onların qisasını döyüş meydanında aldıq. Azərbaycan xalqı şəhidlərimizin ruhu qarşısında baş əyir.” Keçirilən anım tədbirləri, şəhid məzarlarının ziyarəti, Qarabağ torpaqlarında ucaldılan memorial komplekslər gənc nəsillərə vətən sevgisinin, vətən uğrunda fədakarlığın ən ali nümunəsini göstərir. Anım Günü həm də xalq və dövlət birliyinin rəmzidir. 44 gün ərzində Azərbaycan xalqı bir ürək, bir yumruq oldu. Cəbhədə vuruşan əsgərlərimizin arxasında bütöv bir millət dayanmışdı. Həmin həmrəylik sayəsində düşmən üzərində qələbə qazanıldı. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Bizim gücümüz birliyimizdədir. Azərbaycan xalqı bir yumruq kimi birləşdi, bu birliyin qarşısında heç bir qüvvə dayana bilməzdi.” 27 Sentyabr tarixinin əhəmiyyəti yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün mühüm mesaj daşıyır. Çünki bu gün göstərdi ki, beynəlxalq hüququn illərlə kağız üzərində qalmış qərarları Azərbaycan Ordusunun gücü ilə reallığa çevrilə bilər. Dünya gördü ki, Azərbaycan haqq işində heç vaxt geri çəkilmir, ədalət uğrunda sona qədər mübarizə aparır. Anım Günü hər il azad olunmuş torpaqlarda daha qürurlu qeyd olunur. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda və Laçında keçirilən mərasimlər həm şəhidlərin ruhuna ehtiramın, həm də azadlığın sevincinin təntənəsidir. Hər dalğalanan bayraq şəhidlərin arzusu, xalqımızın iradəsi, dövlətimizin qətiyyətidir.

27 Sentyabr günü həm hüzn, həm də qürurdur. Şəhidlərimizin qanı ilə yoğrulmuş torpaqlarda səslənən Zəfər sədası bizə bir həqiqəti daim xatırladır: Qarabağ Azərbaycandır!


Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Избранный
17
aia.az

1Источники