RU

Vəzifəyə keçmək üçün xadiməyə 10 minə yaxın pul verdi

Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.

Publika.az lent.az-a istinadən xəbər verir ki, Arifə Hüseynova (soyad şərtidir) İqtisad Universitetini bitirən oğlu Emili işə düzəltmək üçün yollar axtarıb.

Bu barədə o, Gəncədəki xəstəxanalardan birinin xadiməsi olan iş yoldaşı 39 yaşlı Məsmə Abdullayeva (soyad şərtidir) ilə məsləhətləşib. Danışıq zamanı Məsmə 26 yaşlı Hülya vasitəsilə Emili şəhərdə Səhiyyə İdarəsinin mühasibi vəzifəsinə düzəldə biləcəyini deyib.

Bunun üçün Arifədən əvvəlcə 6000 manat pul alıblar. Sonra tərəflər Emili “Azərgold”a mühasib düzəldəcəklərini deyib, zərərçəkənlərin əlavə 3500 manatını da almaqla, ümumilikdə 9500 dələduzluq ediblər.

Ana və oğlunun hüquq-mühafizə orqanlarına müraciəti əsasında araşdırmalara başlanılıb və şübhəlilər barəsində Cinayət Məcəlləsinin 178.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Избранный
25
10
publika.az

10Источники