RU

Qubada qadın bıçaqlanıb, qardaşı saxlanılıb

Quba rayonunun Xucbala kəndində bıçaqlanma hadisəsi olub.

Ölkə.Az APA-ya istinadla xəbər verir ki, 36 yaşlı Laçın rayon sakini Şamama Salam qızı Kərimovaya kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər yetirilib.

O, ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, hazırda müalicəsi davam etdirilir.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 31 yaşlı Məhərrəmov Murad Salam oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

Избранный
30
8
olke.az

10Источники