RU

Ali Koç Qalatasaray ın məğlubiyyətindən sonra rəqibə təşəkkür edib?

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya mediasından Ali Koç haqqında şok iddia yayımlanıb.

Fanat.Az xəbər verir ki,  "Fənərbağça"nın keçmiş prezidenti Ali Koç "Qalatasaray"ın Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Ayntraxt Frankfurt"a 5:1 məğlub olduğu matçdan sonra alman klubun idman direktoru Aksel Hellmana təşəkkür edib.

Bu barədə məlumatı almaniyalı idman jurnalisti Xavier Saseres yayıb.

"Oyunun final fiti səslənəndən sonra klubun idman direktoruna zəng gəldi. Zəng edən Ali Koç idi. Hellman stadiondakı səs-küyə rəğmən onun dediklərini rahat eşitdi.Aralarında olan əzəli rəqabətdən məlumatımız var idi. Koç tam 5 dəfə bizi qələbə münasibəti ilə təbrik edib təşəkkürlərini çatdırdı"

Bu iddia Türkiyə mediasında böyük rezonans doğurub.

Qeyd edək ki, Ali Koç növbədənkənar seçkilər nəticəsində rəqibi Sadəttin Sarana uduzaraq vəzifəsindən uzaqlaşmaq məcburiyyətində qalmışdı.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
fanat.az

2Источники