RU

Quttereş: Azərbaycan və Ermənistan arasında sülh razılaşmaları müsbət hadisədir

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmaları bütün dünya üçün müsbət hadisədir.

Aznews.az xəbər verir ki , bunu BMT-nin baş katibi Antonio Quttereş sentyabrın 23-də qurumun Baş Assambleyasının 80-cı sessiyasında çıxışı zamanı bildirib.

Baş katib dünyada davam edən silahlı münaqişələrə, o cümlədən zorakılığa və Qəzza zolağında ilhaq təhlükəsinə son qoymağa çağırıb.

"Hər yerdə - Haitidən Yəmənə, Myanmaya, Sahelə və onun hüdudlarından kənarda - biz beynəlxalq hüquqa əsaslanan sülh yolunu seçməliyik. Ötən il bizə ümid işartıları gətirdi: məsələn, Kamboca və Tailand arasında atəşkəs və ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş. Ancaq çox sayda böhran yenə də nəzarətsiz qalır", - baş katib vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-8-də Vaşinqtonda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Birgə Bəyannamə imzalayıblar.

Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri üç ölkənin liderlərinin iştirakı ilə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" Sazişi paraflayıblar.

Избранный
5
3
aznews.az

4Источники