RU

Polşa Belarusla sərhəddəki keçid məntəqələrini açacaq

Polşa hökuməti Belarusla sərhəddəki keçid məntəqələrini sentyabrın 25-də açacaq.

Axar.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə hökumətin iclasından öncə deyib. Onun sözlərinə görə, sərhəd-keçid məntəqələri sentyabrın 24-dən 25-nə keçən gecə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Varşava bu ölkə ilə sərhəddəki bütün keçid məntəqələrini Belarusla Rusiyanın birgə keçirdiyi “Qərb-2025” təlimləri ilə əlaqədar sentyabrın 12-də bağlamışdı. Polşanın Daxili İşlər Nazirliyi keçid məntəqələrinin qeyri-müəyyən vaxtadək bağlı qalacağını və yalnız təhlükəsizliklə bağlı vəziyyətinin qiymətləndirilməsindən sonra açılacağını bildirmişdi.

Избранный
20
2
axar.az

3Источники