RU

Donald Tramp Ukraynadakı müharibənin hələ də davam etməsindən təəssüfləndiyini bildirib

Nyu-York, 23 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin hələ də davam etməsindən təəssüfləndiyini bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı danışıb.

D.Tramp əvvəlcə bu müharibənin ən asan bitəcək qarşıdurma olduğunu düşündüyünü bir daha qeyd edib.

“Hamı Rusiyanın üç gün ərzində bu müharibədə qalib gələcəyini düşünürdü, lakin bu, belə olmadı. Bu, Rusiyanı yaxşı mövqedə göstərmir”, - deyə Tramp bildirib.

O vurğulayıb ki, ilkin olaraq Rusiyanın hücumunun bir neçə gün, bir həftədən az vaxt aparacağı düşünülürdü, lakin onlar üç il yarımdır mübarizə aparırlar.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Избранный
36
1
azertag.az

2Источники