RU

"Fənərbağça"da və "Roma"da çempion ola bilməzdim" - Joze Mourinyu

"Benfika"nın baş məşqçisi Joze Mourinyu qalmaqallı fikirləri ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, o, Portuqaliya mediasına açıqlamasında bunları deyib:

"Mövsümün sonuna kimi evimdə oturub heç nə etməsəydim, "Benfika"da qazandığımdan daha çox qazanardım. Niyə bura gəldim? Çünki çempionluqlardan ötrü darıxdım. "Roma" və "Fənərbağça"da bunu heç vaxt edə bilməzdim"

Mütəxəssisin bu fikirləri "Fənərbağça" və "Roma" azarkeşləri arasında səs-küyə səbəb olub.

Qeyd edək ki, Mourinyu "Fənərbağça"dan istefaya göndərilərək "Benfika"nın "sükanı arxası"na keçib.

Kamil Xudiyev

Избранный
19
1
fanat.az

2Источники