RU

Tramp bu dəfə Ermənistanı Taylandla səhv salıb

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Donald Tramp bu dəfə Taylandı Ermənistanla səhv salıb.

Tramp müharibələrdən danışıb və onları dayandırdığını iddia edib.

"Kamboca və Ermənistan təzəcə başlayırdılar, çox pis idi", Tramp deyib.

Bundan əvvəl isə Tramp Azərbaycan və Ermənistan liderlərini onun ofisində bir birlərinə olan münasibətindən də danışıb.

"Ermənistan və Azərbaycan illərlə davam etdi. Onlar mənim ofisimə gəldilər, iki lider, əla oğlanlardır. Biri 22 il, digəri 7 ildir hakimiyyətdədir. Hər ikisi dedi ki, bütün hakimiyyətləri boyu digər tərəfdən insanları qırmaqla məşğul olublar. İndi onlar mənim ofisimdə oturublar, Oval ofis çox genişdir. Biri burada, digəri o tərəfdə oturub. Bir saatın içindəı onlar yavaş yavaş bir birlərinə yaxınlaşdırlar. Bir saatdan sonra isə biz bir birimizi qucaqlayıb əl sıxırdıq. Əla idi. Biz həmin həllolunmaz adlanan müharibəni dayandırdıq", Tramp deyib.

Tramp bundan əvvəl də ölkələrin adlarını qarışıdırıb.

O, Britaniyada səfərdə olarkən Ermənistanı Albaniya ilə qarışdırmışdı, Azərbaycanı isə Abərbaycan kimi tələffüz etmişdi.

Müharibələrə əsasən ticarətlə son qoyduğunu deyən Birləşmiş Ştatlar Prezidenti buna görə ona Nobel sülh mükafatı düşdüyünü də dilə gətirib.

Videoya YouTube kanalımızda baxın.

Избранный
273
bbc.com

1Источники