RU

Kəşfiyyatçı Xanı Ağdamda MİNAYA DÜŞDÜ – Həlak oldu - YENİLƏNDİ

Ağdam rayonunda mina hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib.

1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

News24.az xəbər verir ki, hadisə Ağdam rayonun Mirəşelli kəndinin keçmiş neytral sahəsində baş verib.

Hazırda aidiyyəti qurumlar hadisə yerinə cəlb olunaraq onun nəşinin ərazidən çıxarılmasına çalışırlar. (Qafqazinfo.az)

Избранный
76
12
news24.az

10Источники