Türk psixoloq İrem Kırım bildirib ki, soyuq və tutqun hava depressiyaya səbəb ola bilər və mövsüm dəyişiklikləri insanların yuxu rejimini, iştahını, motivasiyasını, sosial həyatını, ümumilikdə həm fiziki, həm də psixoloji sağlamlığını müsbət və ya mənfi təsirləyə bilər.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə qış aylarında günəş işığından az faydalanan bölgələrdə mövsümi depressiya daha çox müşahidə olunur. Bu dövrdə həddindən artıq yemək, çəki artımı, enerji itkisi, yuxu ehtiyacında artış, sosial həyatdan uzaqlaşma və səbəbi bilinməyən fiziki narahatlıqlar kimi əlamətlər ortaya çıxa bilər.
İrem Kırım mövsümi depressiyanın üç əsas səbəbini belə izah edib:
* Canlılarda qış yuxusuna bənzər davranışların insanda da enerji itkisi, kilo alma və sosial həyatdan uzaqlaşma ilə özünü göstərməsi.
* Günəş işığının beyinə lazımi siqnalları ötürməməsi nəticəsində duyğu vəziyyətinin pozulması.
* Günəş işığı vasitəsilə orqanizmdə serotonin hormonunun azalması və bunun yuxu dövrünə və əhval-ruhiyyəyə təsiri.
Psixoloq Kırım mövsüm keçidlərində əhvalı yaxşılaşdırmaq üçün aşağıdakı tövsiyələri verib:
1. Günəş işığından faydalanın, qapalı məkanlarda çox qalmayın.
2. Səhərlər qısa da olsa açıq havada gəzin və ya idman edin.
3. Yuxu rejiminizə diqqət edin, elektron cihazlardan uzaq durun.
4. Sağlam və balanslı qidalanın, hazır və karbonhidratlı yeməklərdən uzaq olun.
5. Sosial əlaqələrinizə önəm verin, sevdiyiniz insanlarla vaxt keçirin.
6. Hobbilər edin, sevdiyiniz fəaliyyətlərə qatılın.
7. Stres yaradan mühitlərdən uzaq durun, problemlərinizi mərhələli həll etməyə çalışın.
8. Meditasiya, yoga və nəfəs məşqləri ilə rahatlamağa çalışın, lazım olduqda mütəxəssisdən dəstək alın.
Samir