RU

“Bayden Qəzzada uğursuzluğa düçar oldu” Harrisdən etiraf

ain.az bildirir, 525.az portalına istinadən.

ABŞ-ın keçmiş vitse-prezidenti və 2024-cü il prezidentliyinə namizəd Kamala Harris keçmiş dövlət başçısı Co Baydenin Qəzza ilə bağlı hərəkətlərinin qeyri-adekvat olduğunu bildirib.

525.az “Axios”a istinadən xəbər verir ki, Harris kitabında Baydenin Qəzza ilə bağlı mövqeyini belə ifadə edib:

“Qəzza ilə bağlı açıqladığı bəyanatlarda mən Codan Ukraynadakı şəxslər kimi, Qəzzadakı günahsız mülki insanlara da eyni münasibət göstərməsini xahiş etdim. Lakin o, bunu bacarmadı. Bayden ehtirasla "Mən sionistəm" deyə bilərdi, lakin onun günahsız fələstinlilər haqqında dediyi sözlər yersiz və məcburi olaraq qəbul edildi".

Kitabın digər bölmələrində keçmiş vitse-prezident iddia edib ki, Netanyahu prezidentliyə Baydenin yerinə Trampın gəlməsini istəyib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
525.az

1Источники