RU

Yaşar Nurinin qızı müzakirələrə səbəb oldu: açıqlama verdi - FOTO

Müğənni Ülkər Nuri sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, onun izləyiciləri ilə bölüşdüyü video birmənalı qarşılanmayıb.

Görüntülər tənqid edildiyindən Ü.Nuri postun şərh bölməsini bağlayıb.

Bununla bağlı xəbərlər yerli mediada dərc olunduqdan sonra ifaçı yeni paylaşımı ilə məsələyə münasibət bildirib.

"Çox gözəl sözlər yazırlar mənə. Geyimim sizə niyə bu qədər narahat edir? Düşünürəm ki, şou-biznesdə geyimi müzakirə olunası müğənnilər çoxdur. Bəsdirin də Yaşar Nurinin qızı haqqında danışdınız. Mənə geyim yaraşır. Ömür boyu geyinmişəm, geyinirəm, geyinəcəyəm də. Yaraşan geyinsin", - deyə o söyləyib.   

Qeyd edək ki, Ülkər Nuri mərhum sənətkar Yaşar Nurinin qızıdır.

Избранный
13
3
olke.az

4Источники