RU

Ağsuda “Azərbaycan mədəni irsinə dövlət qayğısı” mövzusunda elmi seminar keçirilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ağsu, 23 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatı, “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Ağsu rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan "Azərbaycan mədəni irsinə dövlət qayğısı" mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçılarına “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx təqdim olunub.

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev çıxış edərək, son illər Azərbaycanın mədəniyyət siyasətinin daha geniş miqyasda həyata keçirildiyini və Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatların aparılmasına önəm verdiyini vurğulayıb.

MİRAS İctimai Birliyinin sədri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Fariz Xəlilli “Mədəniyyət abidələrinin bərpa və konservasiyasında son trendlər” adlı məruzəsində mədəni irs mövzusunun əhəmiyyətindən danışaraq, tarixi irsin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, həmçinin bu mövzuda “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası” və Venesiya Xartiyasının müvafiq bəndlərinə əməl olunmasının vacibliyini nəzərə çatdırıb. F.Xəlilli çıxışında mədəni irs və tarixi abidələrin mühafizəsinin hər bir vətəndaşın borcu olduğunu qeyd edib, xüsusilə mədəniyyət çalışan əməkdaşları məlumatlı və məsuliyyətli olmağa çağırıb. Həmçinin Şeyx Dursun türbəsi, Şıxməzid xanəgahı və s. abidələrdə aparılan tədqiqat və bərpa işlərindən bəhs edib.

Ağsu şəhər Aslan Nadirov adına 1 nömrəli məktəb-liseyin müəllimi Sənan Nemətov çıxış edərək, tədbirin elmi və ictimai cəhətdən əhəmiyyətini qeyd edib, tarixi və mədəni irsin qorunmasının daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. O, orta əsr Ağsu şəhərinin tarixi, aparılan tədqiqat işləri haqqında geniş məlumat verib.

Ağsu rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Usubəliyeva çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının mədəniyyətinin qorunmasına və təhsilin inkişafına verdiyi önəmdən söz açıb. O, əlavə edib ki, dövlətimiz tərəfindən mədəni irsin qorunmasına göstərilən diqqət bu sahəni prioritet sahələrdən birinə çevirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
azertag.az

1Источники