RU

ÇL-də "Qarabağ"a uduzdular, tanınmış hücumçu ilə danışıqlara başladılar

“Əl-İttihad”ın forvardı Kərim Benzema Avropaya geri qayıda bilər.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, "Benfika" fransız hücumçunun xidmətində maraqlıdır. Joze Mourinyo təcrübəli hücumçu ilə ilkin danışıq aparıb və onu komandasına dəvət edib.

37 yaşlı futbolçunun hansı qərarı verəcəyi maraqla gözlənilir. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.

Benzemanın Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, "Benfika" Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda "Qarabağ"a evdə 2:3 uduzub.

saytlarin hazirlanmasi

Избранный
19
1
sportal.az

2Источники