Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Y.Tunç özünün "X" hesabında paylaşım edib.
O bildirib ki, tərəflər "bir dövlət, iki millət" şüarına uyğun şəkildə ədliyyə başda olmaqla bütün sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər.