RU

Adnandan yeni sensasiya: Sevgilisini ona görə döyüb?

Jurnalist Samir Feyruzov hazırda həbsdə olan SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə ilə bağlı sensasion məlumatlar paylaşıb. Jurnalist Feysbuk hesabında etdiyi paylaşımında Adnan Əhmədzadənin 2023-cü ildə model Razi Əliyevanı döyməkdə ittiham olunan Ziya Hüseynzadənin həbsdə qalmasına çalışdığını iddia edib.

KONKRET.az xəbər verir ki, o, 2023-cü ilin may ayında tanınmış model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi ilə bağlı yerli mediada xəbərlərin tirajlanmağa başladığını xatırladıb:

“Döyülmə faktı ilə bağlı CM-in 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlandı və modeli döyməkdə şübhəli bilinən sevgilisi Ziya Hüseynzadə həbs olundu. Lakin “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” şirkətlərinin sahibi olan Z.Hüseynzadəyə qarşı müəmmalı şəkildə yeni ittihamlar irəli sürüldü. Model sevgilisini döyməsi ilə gündəmə gələn Z.Hüseynzadə həm də vəzifə saxtakatlığı, dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirli bilindi. Nəhayət 2025-ci ilin mart ayının 10-da məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Əldə etdiyim məlumatlara görə, Z.Hüseynzadə model sevgilisini – Razi Əliyevanı Adnan Əhmədzadə ilə olan əlaqələrinə görə döyüb. O, sevgilisini qısqanıb və nəticədə zorakılığa yol verib. Lakin proses bununla yekunlaşmayıb. A.Əhmədzadə R.Əliyevanın könlünü almaq üçün Z.Hüseynzadəni ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. Bununla da, Z.Hüseynzadəyə qarşı irəli sürülən ittihamların sayı çoxalıb və onun qısa müddətdə azadlığa çıxmaq şansı tamamilə sıfırlanıb”.

Избранный
18
6
konkret.az

10Источники