Evdə yemək bişirən hər kəs yaxşı bilir ki, hətta ən bahalı bıçaqlar da bir müddət sonra əvvəlki kimi iti olmur. Daimi istifadə, sərt məhsullar, düzgün qulluq etməmək – bütün bunlar bıçağın kütləşməsinə səbəb olur.
E-saglam.az xəbər verir ki, ustaya müraciət etmədən və bahalı itiləyici almadan da bıçaqları sadə və ucuz üsulla “həyata qaytarmaq” mümkündür. Bunun üçün mətbəxdə hər zaman tapılan adi alüminium folqa kifayətdir.
Bu metod sadə və hər kəs üçün əlçatandır. Addımlar belədir:
Rulondan təxminən 30 sm folqa kəsin.
Bir neçə dəfə qatlayaraq sıx zolaq hazırlayın.
Bıçağı sanki folqanı kəsirmiş kimi 10–15 dəfə hərəkət etdirin.
Son nəticəni kağız və ya xiyar üzərində yoxlayın. Əgər kifayət qədər iti deyilsə, prosesi təkrarlayın.
Bu üsul bıçağın kənarındakı xırda çapıqları aradan qaldırır və kəsici qabiliyyəti qismən bərpa edir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az