RU

“100 faiz hazır deyiləm - “Neftçi”də haqqında ən çox danışılan futbolçudan önəmli açıqlama

“Neftçi”nin yay transferləri arasında ən çox ümid bəslənəni İmad Farajdır.

İyulda “AEK Larnaka”dan transfer olunan Mərakeş və Əlcəzair əsilli fransız cinah yarımmüdafiəçisi hələ ki, ümidləri tam doğrultmur.

“Turan Tovuz” və “Sabah” kimi ciddi rəqiblərlə qarşılaşmalarda heç nə ilə yadda qalmayan, qol şansını boşa verən İmad “Sumqayıt”la oyunda Ağadadaş Salyanskiyə qol ötürməsi verməklə diqqət çəkdi.

26 yaşlı vingerSportinfo.az-a açıqlamasında öz oyunu barədə danışıb:

“Mən və bir çox futbolçular komandaya yeni qoşulub. Bir-iki nəfər yeni gəlsəydi, uyğunlaşma prosesi çox vaxt almazdı.

Lakin söhbət 10 nəfərdən artıq transferdən gedir. Bir-birimizi meydanda yaxşı tanımaq üçün zamana ehtiyac var.

Hansı oyunçu hansı vəziyyətdə nə edəcək, top məndə olanda digərləri nəyi gözləməlidir – bu kimi məqamlar futbolda çox önəmlidir və vaxt aparan işdir.

Üstəlik, uzun müddətli zədədən qayıtmışam, 100 faiz hazır deyiləm.

Hər keçən oyun xeyrimədir. Bundan sonra daha effektli olacağımı düşünürəm. Özüm də azarkeşlərimizi sevindirmək üçün səbrsizlənirəm”.

Fransanın U-16, U-17, U-18, U-19 millilərinin şərəfini qorumuş futbolçu “Neftçi”yə gəlməmişdən əvvəl 4 il şərəfini qoruduğu “AEK Larnaka”da 158 oyunda meydana çıxaraq 23 qol vurub, bir o sayda məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Избранный
26
2
sportinfo.az

3Источники