RU

Səhiyyə rəhbərlərindən panel müzakirələrdə mühüm AÇIQLAMALARVİDEO

"Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır".

Xezerxeber.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycan səhiyyə sahəsindəki milli standartları beynəlxalq standartlara çevirməyə çalışır.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxışında gələn ilin martında bir çox xarici ölkələrin nümayəndələrinin tibbi turizm sahəsi ilə tanış olmaq üçün Azərbaycana gələcəyini açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə bildirib ki, icbari tibbi sığorta üzrə müxtəlif maliyyələşdirmə metodları üzərində işlənilməlidir. "Təkcə bir modelin üzərində dayanmaq çətindir. Dövlət müxtəlif maliyyə ayırır, lakin yeni metodlar olsa dayanıqlı bir fond yaradıla bilər" - deyə Zaur Əliyev qeyd edib.

Panel müzakirələrin sonunda müxtəlif xarici şirkətlərlə dövlət qurumları arasında bir sıra müqavilələr imzalanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
26
1
xezerxeber.az

2Источники