RU

AQTA: Quba-Xaçmaz regionunda 91 ictimai iaşə müəssisəsində tələblərin pozulduğu aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən bu ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 91 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 5 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Həmin müəssisələrdən 2-si tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.

Fəaliyyəti müəyyənləşdirilən müəssisələrin siyahısı ilə linkdən tanış olmaq mümkündür.

Избранный
11
6
yeniazerbaycan.com

10Источники