RU

Tramp Rusiyadan danışdı: Böyük hərbi gücləri var

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın hərbi potensialını “çox böyük” adlandırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə danışıb.

“Rusiyanın böyük hərbi gücü var. Çoxları tez bitəcəyini düşünürdü”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti bildirib ki, təhlükəsizlik məsələləri müzakirə edilərkən Rusiya ordusunun real gücü nəzərə alınmalıdır.

Jurnalistlərin Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı sualını cavablandıran Tramp isə bu mövzunun daha sonra müzakirə ediləcəyini deyib.

Xatırladaq ki, Tramp bundan əvvəl dəfələrlə Ukraynadakı müharibənin uzunmüddətli xarakter daşıdığını, Qərbin isə münaqişənin gedişatında çətin seçimlərlə üzləşdiyini vurğulamışdı.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники