Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə 1:1 hesablı heç-heçə etməsi fransızları sevindirib.
Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Yerli futbol ictimaiyyəti komandanın Ukrayna (2:0) və İslandiya (2:1) ilə matçdakı nəticəsindən razı qalıb.
Bildirilib ki, fransızlarınəsas rəqibi Ukraynanın Bakıda büdrəməsi də baş məşqçi Didye Deşam və futbolçuların ürəyincə olub:
“Deşam və komandası gözəl başa düşür ki, Ukraynanın büdrəməsi bizi dünya çempionatının final mərhələsinə bir addım yaxınlaşdırdı. Bir sözlə, Azərbaycanın nəticəsi yığmamıza rahat nəfəs aldırdı”.
Növbəti tur çərçivəsində oktyabrın 10-da Fransa yığması Parisdə Azərbaycan millisini qəbul edəcək.