RU

Ən yaxşısını edəcəyik ki, bu oyundan üzüağ çıxaq Şamaxı nın kapitanı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzan "Şamaxı" növbəti çempionat matçını öz meydanında "Araz-Naxçıvan"a qarşı keçirəcək. 

"Aslanlar"ın kapitanı Rafael Məhərrəmli həm "Zirə"yə yenildikləri son matç, həm də Naxçıvan təmsilçisi ilə keçirəcəkləri görüş barədə fikirlərini Fanat.Az-a bölüşüb:

"Belə oyunlardan sonra danışmaq çox çətindir, ancaq düşünürəm ki, həqiqeten də komamdamız çox yaxşı oynadı. Demək olar ki, son 10 deqiqeye qədər "Zirə"yə bir fürsət də vermədik. Amma bu futboldur, belə şeyler də olur. Bundan dərs cıxarıb yolumuza davam etmeliyik.

"Araz-Naxçıvan"la matça gəlincə, "Zirə" ilə oyununu unudub bu qarşılaşmaya fokuslanmışıq. "Araz" çox yaxşı komandadır . Doğma meydanımızda oynayırıq. Əlimizdən gələnin ən yaxşısını edecəyik ki, bu oyundan üzüağ çıxaq".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
fanat.az

2Источники