RU

Trampla razılaşdıq, Rusiyanın gəlirlərini kəsirik - Leyen

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Leyen X hesabında paylaşım edib.

Leyen Avropa və ABŞ-ın Ukrayna məsələsində çiyin-çiyinə çalışacağını vurğulayaraq, Rusiyanın fosil yanacaqlarından əldə etdiyi gəlirlərin tez bir zamanda kəsilməsi barədə razılığın əldə olunduğunu qeyd edib.

Avropanın məhz bunun üçün 19-cu sanksiyalar paketini qəbul etdiyini bildirən Komissiyanın prezidenti paylaşımında qeyd edib:

“Biz təzyiqi artırırıq: Rusiyanın maye təbii qazının Avropa bazarlarına idxalını qadağan edirik və üçüncü ölkələrdəki neftayırma zavodlarını, neft treyderlərini və emal müəssisələrini hədəfə alırıq. 2027-ci ilə qədər Avropa Rusiyanın fosil yanacaqlarından birdəfəlik imtina edəcək”.

Избранный
36
2
axar.az

5Источники