RU

İran nüvə silahı istehsalından imtina etdi

BAKI, 24 sentyabr. TELEQRAF

İran nüvə silahı istehsal etmək imkanına malik olsa da, bunu etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu bəyanatla İranın ali dini lideri Ayətullah Əli Xamenei çıxış edib.

Onun sözlərinə görə, İran nüvə silahı istehsal etmək imkanına malik olan on ölkədən biridir, lakin buna ehtiyacı yoxdur.

“Digərləri, bu doqquz ölkə, nüvə silahına malikdir. Bizdə isə nüvə silahı yoxdur və olmayacaq, ondan istifadə üçün əsaslarımız yoxdur”, - Xamenei deyib.

O qeyd edib ki, Tehran uranın zənginləşdirmə səviyyəsini 60 faizə qədər artırıb, çünki bu, qarşıda duran bəzi məsələlərin həlli üçün kifayətdir.

“Əlbəttə, nüvə silahı yaratmaq istəyən ölkələr onu 90 faizə qədər zənginləşdirirlər. Bizə silah lazım olmadığı və nüvə silahından imtina etmək qərarına gəldiyimiz üçün biz onu o qədər zənginləşdirmədik”, - ali lider deyib.

Избранный
26
teleqraf.com

1Источники