I Liqa təmsilçisi "Bakı Sportinq" heyətinə yeni oyunçu qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buzovnatəmsilçisi Luka Stevanoviçi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalan ıb.
Serbiyalı ötən mövsümün ilk hissəsində də bu komandada oynayıb.
27 yaşlı oyunçunun son klubu isə Belarus təmsilçisi "Molodeçno" olub.