RU

Məşhur kino ulduzu 87 yaşında vəfat etdi

Məşhur italyan kino aktrisası Klaudiya Kardinale vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Bildirilib ki, Klaudiya Kardinale çərşənbə axşamı axşam saatlarında Paris yaxınlığında, Nemursda övladlarının əhatəsində 87 yaşında həyatla vidalaşıb.

O, ictimaiyyət tərəfindən ən çox sevilən aktrisalardan biri idi. Yalnız İtaliyada deyil, eləcə də Fransada və sonra Amerikada ən nüfuzlu rejissorlarla işləyərək böyük uğurlara imza atıb.

1939-cu ildə Tunisdə italyan ailəsində anadan olan Klaudiya Kardinale, gözəllik müsabiqəsindən sonra Romaya köçüb və hərəkətli, səmimi və açıq qadın obrazının prototipinə çevrilib.

Избранный
26
publika.az

1Источники