RU

Gündəlik davranışlarımız avtopilot da baş verirmiş Alimlər araşdırdı

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Gündəlik davranışlarımızın çoxu özümüzdən asılı olmadan baş verir.

Milli.Az xəbər verir ki, Sürrey Universiteti, Cənubi Karolina Universiteti və Mərkəzi Kvinslend Universitetinin alimləri araşdırmalar nəticəsində bu qənaətə gəlib.

Araşdırma "Psychology & Health" jurnalında dərc olunub.

İnsanların gündəlik addımlarının böyük hissəsi şüurlu seçimlə deyil, vərdişlərin təsiri ilə həyata keçirilir.

Mütəxəssislərin sözlərinə görə, vərdişlər insanın tanış vəziyyətlərdə avtomatik olaraq etdiyi hərəkətlərdir. Səhər qəhvəsini içmək, oyandıqdan sonra telefonu yoxlamaq və ya hər gün eyni küçədən evə dönmək əksər hallarda şüurlu qərardan yox, möhkəmlənmiş assosiasiyalardan qaynaqlanır.

Tədqiqatda Böyük Britaniya və Avstraliyadan 105 nəfər iştirak edib. Onların telefonlarına bir həftə ərzində gündə altı dəfə təsadüfi bildiriş göndərilərək həmin anda nə etdikləri və hərəkəti hansı amilin başladığı soruşulub. Nəticədə məlum olub ki, gündəlik davranışların 65 faizi məhz vərdişlərin təsiri ilə başlayır. Maraqlıdır ki, bu hərəkətlərin təxminən 46 faizi insanların məqsədləri ilə üst-üstə düşür.

Sürrey Universitetinin psixologiya professoru Benyamin Qardner bildirib ki, insanlar adətən onlara faydalı vərdişləri qoruyur, əngəl yaradanları isə zamanla tərk edirlər. Cənubi Karolina Universitetinin dosenti Amanda Rebar isə qeyd edib: "İnsanlar düşünür ki, qərarlarını rasional şəkildə verirlər, amma təkrarlanan davranışların böyük qismi avtomatik baş verir".

Alimlərin qənaətinə görə sağlamlığa və məqsədlərə çatmağa dəstək olan "yaxşı vərdişlər" ən etibarlı vasitədir.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
2
news.milli.az

3Источники