RU

Ermənistanın hərbi cinayətləri təsdiqini tapır

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan (ehtiyat hakim Günel Səmədova) ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədtağı Kərimov Kəlbəcərdə düşmənin təxribatı nəticəsində yaralandığını, bir neçə nəfərin həlak olduğunu və daha bir neçə nəfərin xəsarət aldığını deyib.

Zərərçəkmiş Ceyhun Məmmədli Kəlbəcərdə yaralıların təxliyəsi zamanı düşmənin açdığı atəşlər nəticəsində özünün və yanında olmuş digər şəxslərin yaralandıqlarını bildirib. Məhkəmədə Nemət Abdullayev, Bəxtiyar Səmədli, Ağahüseyn Hacıyev, Tərlan Cabbarov və Sadiq Qasımlı, Məhəmməd Hüseynov, Nəsir Bayramov, Vaqif Salmanov və Əli Mustafayevin Xankəndidə yaralandıqları qeyd edilib. Fərid İmaməliyevin Xocavənddə xəsarət aldığı, Əvəz Abbasovun həlak olması, bir neçə nəfərin isə yaralanması bildirilib. 

Çingiz Paşayev Ağdam rayonunda, İlyas Mehdiyev Xocavənddə yaralandığını bildirib.  Ramal Rüstəmov Ağdərədə, Nəcəfəli Mövsümov Xocalıda, Ramiz Süleymanov,  Musa Orucov və Şahin Cəbiyev Xankəndidə, Ceyhun Həsənov Laçında, Hüseyn Axundov, Seymur Əliyev və Elvin Əhmədov Ağdərədə yaralandıqlarını söyləyiblər. 

Tural Quliyev Ağdamda yaralanıb. Mahirəddin Namazov Xocavənddə xəsarət alıb, bir neçə nəfər həlak olub, bir neçə şəxs ­isəyaralanıb. Sənan Fərzəliyev, Murad Hacıyev və bir neçə nəfər Laçında xəsarət alıblar. Yaqubəli Səfərov Xankəndidə xəsarət alıb, bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb. Cavanşir Xəlilov, Nemət Nuri və bir neçə nəfər Ağdamda yaralanıb. 

Fərhin Teymurov, Rüstəm Əliyev, Həsən Əliyev, Azər Qazaxov, Şükür Camalov, Cəfər Məlikov, Tural Xəlilov, Hüseyn Mehdizadə, Kamal Musayev, Səbuhi Əliyev, Seymur İbrahimov, Ramiz Nəzərov, Ülfət Alıyev, İmran Mürsəlov, Rəşad İsmayılov, Vüqar Abbasov, Toğrul Hümbətzadə və Kamran Kazımov, Əfqan Zeynalov Ağdam, Hüseyn Əmirov və Sənan Rzayev və bir neçə nəfər isə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər. 

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
xalqqazeti.az

2Источники