RU

Türkiyəli aktrisa bu mövzu ilə gündəmə gəldi

Aktrisa Serenay Sarıkaya yenidən medianın diqqət mərkəzinə düşüb.

News24.az xəbər verir ki, Arnavut adlı kənddə bir gözəllik salonundan çıxarkən görüntülənən sənətçinin ayağındakı yaşıl, tüklü başmaqlar izləyicilərin marağına səbəb olub.

Məlum olub ki, bu ayaqqabıların qiyməti təxminən, 50 min manatdır. Sarıkayanın meneceri Ayşə Barım əvvəllər müğənni Mert Demir ilə reklam məqsədli münasibət yaşadığı və bu əlaqəyə görə 5 milyon dollar aldığı iddiaları ilə gündəmə gəlmişdi. Bu qalmaqaldan sonra Barım həm serial sektorunda inhisar yaratmaq, həm də Gezi Parkı aksiyalarını təşkil etmək ittihamları ilə saxlanılıb.

Serenay Sarıkaya istintaqa ifadəsində münasibətin qarşılıqlı sevgi üzərində qurulduğunu bildirib və deyib: “Bu günlərə öz zəhmətimlə gəlib çıxmışam. Məni gözdən salmaq istəyirlər". 

Demir də münasibətlərinin “reklam deyil, sevgi” olduğunu qeyd edərək onu müdafiə edib.

Menecerinin həbsi Serenaya psixoloji təsir göstərib, gələn layihələri geri çevirib və sosial şəbəkədən uzaqlaşmasına səbəb olub. Lakin son görüntüləri, geyimi və bahalı ayaqqabıları ilə aktrisa yenidən sosial medianın gündəminə çevrilib. 

Xeyrənsə Piriyeva

Избранный
50
1
news24.az

2Источники