RU

Razılıq əldə olundu: Neft Türkiyə üzərindən ixrac ediləcək

İraq hökuməti ilə Kürdüstan Regional İdarəsi və xarici neft şirkətləri arasında razılaşma əldə olunub.

News24.az xəbər verir ki, razılaşmaya əsasən, bölgədən çıxarılan neft Türkiyə üzərindən ixrac ediləcək.

Razılaşma ilkin mərhələdədir və təsdiqlənməsi üçün İraq Nazirlər Kabinetinə təqdim olunacaq. Norveçin DNO şirkəti borcların və gələcək gəlirlərin ödənəcəyinə zəmanət verildiyi halda ixraca başlamağa hazır olduğunu bildirib. Şirkət bu barədə Ərbil rəhbərliyinə rəsmi təklif təqdim edib.

Bölgədə fəaliyyət göstərən İngiltərənin "Genel Energy" şirkəti isə ixrac üçün mövcud şərtlərin dəyişdirilməsini tələb edir. Şirkət keçmiş borcların ödəniş planı təqdim olunarsa, ixraca başlaya biləcəyini açıqlayıb.

Neftin ixracı Kərkük–Ceyhan boru kəməri vasitəsilə həyata keçiriləcək. Razılaşmanın icrası bölgədə neft ixracının yenidən bərpasına imkan yaradacaq. Hazırda tərəflər danışıqları davam etdirir.

Xeyrənsə Piriyeva

Избранный
60
news24.az

1Источники