RU

Çində tayfuna görə təxliyə edilənlərin sayı milyonu ötüb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin, 24 sentyabr, AZƏRTAC

Çinin Quandon əyalətində yaxınlaşan “Raqasa” qasırğası ilə əlaqədar 1,04 milyon nəfər təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarəedilməsi departamenti məlumat yayıb. İlin ən güclü tayfunu olan “Raqasa”nın fəsadlarını minimuma endirmək üçün hazırlıq tədbirləri davam edir. İndiyədək 80 mindən çox balıqçı qayığı limanlara toplanıb, açıq dənizdən 12 mindən çox işçi sahilə çağırılıb.

Meteorologiya qurumu Sakit okeanda ilin 18-ci tayfunu olan “Raqasa”nın saatda 20 kilometr sürətlə qərbə doğru hərəkət etdiyini, hazırda Çin sahillərindən təxminən 100 kilometr məsafədə olduğunu açıqlayıb. Bununla belə “Raqasa”nın Çin sahillərini vuracaq ilin ən güclü qasırğası olacağı, güclü külək və yağıntı gətirəcəyi gəzlənilir. Artıq əyalətin 11 şəhərində tədris, istehsal, tikinti, digər iş fəaliyyətləri, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Honkonq və Makau xüsusi inzibati əraziləri də daxil olmaqla Çində 700-dən çox uçuş ləğv edilib. Cuhay şəhərində fərdi avtomobillərin hərəkətinə qadağa qoyulub, əhaliyə evdə çıxmamaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, super güclü tayfun kateqoriyasına aid edilən “Raqasa” sentyabrın 23-də Filippinin şimalında Kaqayan əyalətinə çatıb. Əvvəlcədən minlərlə sakinin təxliyə edilməsinə baxmayaraq, təbii fəlakət nəticəsində ən azı 3 nəfər ölüb, 5 nəfər itkin düşüb. “Raqasa” Tayvan adasında da 2 nəfərin ölümünə, 30 nəfərin itkin düşməsinə səbəbə olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
2
azertag.az

3Источники