Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatları üçün müxtəlif tipli genbanklar yaradıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Kolleksiya sahibləri, elmi-tədqiqat müəssisələri və kənd təsərrüfatı təşkilatları genbanklar yarada bilər.
Milli Genbank isə xüsusi statusa malikdir və ümummilli dəyərə malik genetik ehtiyatları qoruyur.
Genbankların maliyyələşməsi dövlət vəsaiti, ianələr və qrantlar hesabına təmin edilir.