RU

Bakıda «Formula-1» Qran-prisinə 90 min nəfər tamaşaçı toplaşıb

Bakıdakı «Formula-1» Qran-prisi həftəsonunu 90 minə yaxın azarkeş izləyib, təşkilatçılar bildirib. Bu rəqəmə tribunadakı tamaşaçılar, pit-leyndə olan qonaqlar, fan zonalar və konsertlər daxildir.

Yarışa 14 mindən çox turist gəlib, təxminən 300 yerli və xarici jurnalist isə tədbiri işıqlandırıb.

Həftəsonu həmçinin Bakının «Formula-1» yarışlarını 2030-cu ilə qədər keçirməsi barədə müqavilənin uzadıldığı elan olunub.

Təşkilatçılar bildiriblər ki, Bakı mərhələsi həm Azərbaycanın turizm sektoru, həm də «Formula-1»in qlobal təqvimi üçün mühüm əhəmiyyət daşıyır.

İlk dəfə olaraq sıralanma turunda altı qırmızı bayraq göstərilib və sessiya təxminən bir saat uzanıb.

Maks Ferstappen Bakıda i qalib gəlib, çempionatın lideri Oskar Piastrini  qəza edərək yarışdan çıxıb.  Corc Rassell ikinci, Karlos Sains isə üçüncü yeri tutub.

Bakıda yol hərəkətinə məhdudiyyətlər mükafatlandırmadan  12 saat sonra aradan qaldırılıb. Bu, 2016-cı ildən bəri yolların ən sürətli açılışıdır.

 

N.Təbrizli

Избранный
51
50
anews.az

10Источники