RU

Həkim ürək və böyrək sağlamlığına faydalı tərəvəz açıqladı

Kardioloq Maqdalena Perello ürək-damar xəstəlikləri olan insanlara rasionlarına soğan əlavə etməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, bu baredə 20minutos- açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu ucuz tərəvəz qan təzyiqini, xolesterini və bədəndəki ümumi iltihabı azaldan təbii antioksidant — quercetinlə zəngindir. Bundan əlavə, soğan kalium, lif və vitaminlərlə də boludur.

Perello vurğulayıb ki, soğan yalnız ürək sağlamlığına deyil, həm də digər sahələrdə faydalıdır. Belə ki, müntəzəm istifadəsi qan şəkərinin səviyyəsini aşağı sala bilər, bu səbəbdən həkim diabet xəstələrinin pəhrizinə də onu daxil etməyi məsləhət görür. Həmçinin böyrək sağlamlığı üçün də faydalı sayılır.

Tərcümə: Nəzrin Abbas

E- saglam.az

Избранный
21
e-saglam.az

1Источники