sport24.az saytına istinadən ain.az xəbər verir.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin Lissabon ətrafındakı Kaskais qəsəbəsindəki evindən keçən həftəsonu oğurluq edilib. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Mənbənin sözlərinə görə, oğrular mətbəxdən evə daxil olaraq dəyəri 1 milyon avrodan çox qızıl-zinət əşyaları və bahalı saatlar oğurlayıblar.
Roberto Martinesin özünün hadisə zamanı səfərdə olduğu bildirilir. Evdə gözətçi olub, lakin o, oğurluq zamanı zirzəmidə iş görüb və qarətçilərin əməlindən xəbər tutmayıb.
Qeyd edək ki, 52 yaşlı ispan mütəxəssis 2023-cü ildən Portuqaliya millisini çalışdırır. Komanda 2024/2025 mövsümündə onun rəhbərliyi altında UEFA Millətlər Liqasının qalibi olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.