ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Real”ın baş məşqçisi Xabi Alonso La Liqada “Levante”yə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun saytına açıqlamasında 4:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“İnkişaf mərhələsindəyik və hələ komandamız tam formalaşmayıb. Qarşmızda uzun yol var. La Liqada, Çempionlar Liqasında və ölkə kubokunda mübarizə apara biləcək rəqabətədavamlı kollektiv yaratmalıyıq.
Uşaqlar komandada özünü yaxşı hiss edir və hər kəs vacibliyini dərk edir. Hələ yaxşılaşdırmalı olduğumuz məqamlar var. Nəticəmiz və oyunumuz düzgün yolda olduğumuzu göstərir. Bu, sadəcə başlanğıcdır. Davam etmək lazımdır, dayanmaq yox”.
“Real” La Liqada ardıcıl 6 oyunda qələnə qazanıb. Komanda 18 xalla çempionatda liderdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.