RU

Harris Baydendən inciyibmiş Özü açıqladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris “107 gün” adlı kitabında 2024-cü il seçkiləri ilə bağlı xatirələrini dərc edib.

Globalinfo.az xəbər verir ki, o, sabiq Ağ Ev rəhbəri Co Baydendən incidiyini qeyd edib.

Harris hesab edir ki, onun məğlubiyyətinin səbəbi Bayden və ətrafının təxribatıdır.

“Heç biri başa düşmürdü ki, əgər seçkidə qalib gəlsəm, bu, onların da uğuru olacaqdı. Baydenin yaşı ilə bağlı narahatlıqları nəzərə alsaq, vitse-prezident kimi qələbəm həyati əhəmiyyət kəsb edirdi. Bu, onun məni müdrikliklə seçdiyinin sübutu və hər hansı bir hadisə baş verərsə, ölkənin etibarlı əllərdə olacağının təsdiqi olardı. Amma komandası bunu başa düşmədi”, – o yazıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники