RU

“Bu dəqiqə klubumuzun heç kimə 1 manat borcu yoxdur”

«Bizdə heç bir maliyyə problemi yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Karvan»ın vitse-prezidenti Kənan Kərimov deyib.

Yevlax təmsilçisinin aparıcı funksioneri maddi cəhətdən sıxıntı yaşamadıqlarını, prezident Şahmar Vəliyevin bundan irəli gələn bütün məsələləri həll etdiyini bildirib:

«AFFA hələ avqust ayının pulunu klublara ödəməyib. Bununla belə, «Karvan»da hər şey qaydasındadır.

Rəhbərimiz ötən ayın maaşlarını şəxsi büdcəsindən verib. On-on beş gün qabaq əiəkhaqları paylandı.

Üstəlik, futbolçular Premyer Liqada qazandığımız 4 xala görə mükafatları da alıblar. Ödəmələr yalnız oyunçulara olmur, klubun digər xərcləri də çoxdur.

Şahmar müəllim sağolsun, o xərcləri də ödəyib. Bu dəqiqə «Karvan»ın heç kimə 1 manat borcu yoxdur.

Maaşlar verilibsə, futbolçular niyə məşqə çıxmasın ki? Bizdə belə bir hadisə heç vaxt baş verməyib və ola bilməz.

İkigünlük istirahətdən sonra srağagün fitnesdə məşqə çıxdıq. Dünən və bu gün də iki məşqimiz var».

Избранный
14
sportinfo.az

1Источники