RU

Tünd rəngli giləmeyvələr qan dövranınıyaxşılaşdırır

Daimi stress, yorğunluq və diqqət azalması ilə mübarizədə rasionda bitki mənşəli məhsulların payını artırmaq faydalı ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə lenta.ru-ya həkim Olesya Maxova danışıb.

Onun sözlərinə görə, beynimiz informasiyanın bolluğundan “həddindən artıq yüklənir”. Bu zərəri kompensasiya etməyə isə güclü təbii antioksidantlar kömək edir. Xüsusilə tünd rəngli giləmeyvələr  qaragilə, mavi giləmeyvə və böyürtkən beyin qan dövranını yaxşılaşdırır, hüceyrələri zədələnmədən qoruyur və “rəqəmsal stressdən sipər” rolunu oynayır.

Ekspert əlavə edib ki, sinir sisteminin rahatlaması üçün maqnezium mühüm rol oynayır. Bu mikroelementin asan mənimsənilən forması ispanaq və digər yarpaqlı göyərtilərdə, həmçinin qoz-fındıq və balqabaq tumlarında mövcuddur.

“Maqnezium təbii relaksantdır. O, orqanizmi sakitləşdirir və stress hormonu olan kortizolun səviyyəsini azaldır. Kortizol isə daim sosial şəbəkələrdə skrollinq və bildirişlərin çoxluğu zamanı aktiv şəkildə ifraz olunur”, - deyə Moxova bildirib.

Mütəxəssis həmçinin beyin üçün faydalı və bağırsaq mikrobiomunu gücləndirən, bununla da idrak və emosional vəziyyətə təsir edən liflə zəngin məhsulları da qidalanmaya daxil etməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Избранный
11
1
redaktor.az

2Источники