RU

Ermənistanda “Parakar” icmasının rəhbəri öldürülüb


Ermənistanda “Parakar” icmasının rəhbəri və “Aprelu Yerkir” müxalifət partiyasının nümayəndəsi Volodya Qriqoryan gecə saatlarında Armavir vilayətində evinin yaxınlığında öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qriqoryandan başqa onun dostu, kriminal polis əməkdaşı da həlak olub, daha bir nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 23-də saat 23:52-də atışma ilə bağlı polisə zəng daxil olub.
Nazirlikdən bildirildiyinə görə, qatil yalnız bir nəfər olub və cinayət yerindən qaçıb.
Baş nazir Nikol Paşinyan Volodya Qriqoryanın və onun yoldaşının ölümü ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyib.
Избранный
74
yeniavaz.com

1Источники