ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Amerikalı repçi Snup Doq Rusiyada konsert vermək üçün böyük qonorar tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baza telegram kanalı məlumat yayıb.
“O, ən azı 2 milyon dollar müqabilində Rusiyada şəxsi konsert verməyə hazırdır. Əsas şərtləri arasında foto və video çəkilişlərə tam qadağa qoyulması, eləcə də bütün iştirakçılar tərəfindən məlumatın açıqlanmaması yer alır.
Reperin həmçinin yüksək səviyyəli şəxsi təyyarə ilə uçuş və beşulduzlu oteldə yerləşmə xərcləri ödənməlidir. Menyusuna qızardılmış toyuq və manqal, italyan yeməkləri, bifteklər, balıq daxildir. Soyunma otağında isə “PlayStation 1”, oynamaq üçün böyük ekran olmalıdır. Snup Doq eyni köynək geyinmiş 11 ingilis dilli mühafizəçi də istəyir”, – deyə bildirilib.
Günel Cəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.