RU

Nazir: "Prezidentin Sərəncamı Topçubaşovun Azərbaycan tarixindəki müstəsna yerini təsdiq edir"

Səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130 illik yubileyi münasibətilə keçirilən elmi-praktik konfransda giriş sözü ilə çıxış edib.

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında" Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini vurğulayan nazir qeyd edib:

"Akademik təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə akademikin adını daşıyan Elmi Cərrahiyyə Mərkəzinin açılışını qeyd edən nazir, Mərkəzin bu yüksək etimada layiq səviyyədə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
46
2
olaylar.az

3Источники