RU

Küveyt əmiri parlamentdə and içib

Küveyt əmiri Şeyx Maşaal əl-Əhməd əs-Sabah ölkənin birpalatalı parlamenti olan Milli Assambleyada and içib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, o, dekabrın 16-da vəfat edən Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahdan sonra Küveyt əmiri elan olunub.

Küveyt konstitusiyasına görə, əmirin ölümündən sonra hakimiyyət avtomatik olaraq vəliəhd şahzadəyə keçir. Lakin o, parlamentdə and içdikdən sonra hakimiyyətə gələ bilər.

Избранный
272
50
report.az

10Источники