RU

İranda deputatlar nüvə silahı hazırlamaq tələbi ilə çıxış ediblər

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İranda 71 deputat İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasını ölkənin müdafiə doktrinasına yenidən baxmağa çağırıblar.

"Report" xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı informasiya vasitəsi yayıb.

Onlar qeyd edib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei nüvə silahının istehsalı və istifadəsinin qadağan edilməsi haqqında fətva verib: "Ancaq onun hazırlanması və çəkindiriclik məqsədi ilə toplanması tamam başqa məsələdir".

Deputatlar buna görə də İranın müdafiə doktrinasına yenidən baxılmasını tələb ediblər. Onların qənaətincə, 12 günlük İsrail-İran müharibəsindən sonra ölkə ictimaiyyətinin atom silahının yaradılmasına dəstəyi əhəmiyyətli dərəcədə artıb.

Qeyd edək ki, İran parlamentinin 290 üzvü var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
1
azpolitika.info

2Источники