RU

Maksimin uğurlu startı “Kəpəz”…

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əvəzedicilər Liqasında 5 tur arxada qalıb.

Bu mövsüm “Qarabağ”ın ikinci komandasına baş məşqçi təyin edilən Maksim Medvedevin startı uğurlu alınıb. “Atlılar” 5 turdan sonra çempionatda məğlub olmayan yeganə kollektivdir. “Qarabağ-2” 5 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 11 xalla birinci sıradadır.

Turnir cədvəlinin ikinci pilləsində “Sabah-2” qərarlaşıb. Adino Mustedanaqiçin yetirmələri 3 qələbə qazanıb, 1 dəfə uduzub, 1 dəfə heç-heçə edib. Son çempion 10 xalla lideri izləyir.

“Üçlüy”ü “Qəbələ”nin əvəzedici komandası tamamlayır. “Sabah-2” ilə eyni xalı olan “qırmızı-qaralar” top fərqinə görə üçüncü pillədə qərarlaşıb.

Sonuncu isə “Kəpəz-2″dir. Elitada əsas komandasının xalı olmayan gəncəlilər 5 oyuna 1 heç-heçə edib, 4 dəfə uduzub. Aktivində qələbə olmayan “sarı-göylər” 5 oyuna nə az, nə çox, 15 qol buraxıb.

Çempionatda bombardir isə 6 qolla “Sabah-2″dən Ramil Nuraxmedovdur. Onu 5 qolla “Araz-Naxçıvan-2″nin futbolçusu Fərid Tağıyev izləyir.

Son illərdə Əvəzedicilər Liqasında dominantlıq edən “Neftçi-2″nin də aktivində 10 xal var. Komanda “Sabah-2” və “Qəbələ-2″dən daha az qol vurduğu üçün 4-cü sırada qərarlaşıb. Rəşad Abdullayevin yetirmələri 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə 5 turu başa vurub.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
futbolpress.az

1Источники