RU

Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Hələ o vaxt bəlli olmuşdu ki...

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunaraq SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub. Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun Azərbaycan dövlətinə 2 milyard dollardan çox zərər vurduğu iddia olunur. Eyni zamanda Əhmədzadə müxtəlif maliyyə fırıldaqlarında ittiham olunur. Zaman keçdikcə onunla bağlı bir sıra detallar və gizlin əməllər üzə çıxmağa başlayıb.

Lakin biz bu proseslərin bir qismindən xəbərdar idik. Hətta Adnan Əhmədzadənin dostluq münasibəti adı altında ulduz futbolçu Lionel Messini Bakıya gətirdiyi ərəfədə bu barədə məlumat vermişdik. "Messini və dostlarını Bakıya kim və niyə gətirir?" başlıqlı yazımızda Əhmədzadənin Messi və onun dostları olan ulduz futbolçular Luis Suares, Serxio Buskets və Xordi Albanı Bakıya gətirməsinə milyonlarla vəsait xərclədiyini bildirmişdik. O zaman "qara kassir" ləqəbli yalançı iş adamına yaxın olan şəxslər bunu Adnan Əhmədzadənin şəxsi uğuru kimi təqdim etməyə çalışsalar da, əslində vəziyyət fərqli idi. Leo və dostlarının Bakıya gəlişi milyonlarla avroya başa gəlmişdi. O zaman bu qədər xərcin necə qarşılandığı qeyri-müəyyən idi. Çünki Bakı Kristal Zalında keçirilən tədbir belə xərcləri qarşılamaq üçün yetərli deyildi.

Son hadisələrdən sonra məlum olur ki, Adnan Əhmədzadə Messi və digər ulduzların səfərini məhz Azərbaycan dövlətindən oğurladığı pulların hesabına qarşılayıb və bunun piarı ilə məşğul olub. O, argentinalı ulduz futbolçuya bahalı hədiyyələr edərək münasibətlərini yaxşılaşdırmağa çalışıb ki, bu vəsaitin mənbəyi də artıq heç kimə sirr deyil.

Adnan Əhmədzadənin fırıldaqları bununla bitmir. O, futbol dünyasının əfsanəsi Ronaldinyonun gəlişinə də pul xərcləyib. "Barselona" ilə münasibətlərində də bu məqam rol oynayıb. Əhmədzadə şəxsi münasibətləri hesabına dostlarının övladlarını İspaniya nəhənginə sırımağa müvəffəq olub. Yəqin ki, bu münasibətlərin qurulmasında oğurladığı pullar böyük rol oynayıb.

Избранный
25
8
publika.az

9Источники