RU

Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq - Yenilənib

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

Bu barədə Hakimiyyet.az -a "Azəriqaz" İB,Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən Qubadlı rayon Çardaqlı kənd tam orta məktəbinin ətrafında diametri 57 millimetr olan qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı bu gün saat 12:00-da dayandırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

***

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Hakimiyyet.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin "Hacı Seyfəl" orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı sentyabrın 24-də saat 10:00-dan işlər başa çatanadək adı çəkilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə yaranacaq.

Избранный
30
37
hakimiyyet.az

10Источники